Ana Sayfa > Karusel / İdman > Messi daha bir rekorda imza atıb

Messi daha bir rekorda imza atıb


19-03-2018, 10:49. Yazar: Xeberaz


Barselona”nın hücumçusu Lionel Messi La Liqanın 29-cu turunda “Atletik”lə görüşdə 30-cu dəqiqədə vurduğu qolla komandasının 2:0 hesablı qələbəsini rəsmiləşdirib. 
“Nou Kamp”dakı matçda fərqlənməklə argentinalı ulduz növbəti rekorda imza atıb. 

Belə ki, 30 yaşlı futbolçu La Liqada ardıcıl 9 mövsüm minimum 25 qol vurmağı bacaran ilk futbolçu kimi tarixə düşüb. 

“Real”ın hücumçusu Kriştianu Ronaldo ardıcıl 8 mövsüm İspaniya çempionatında 25 qol həddini keçib. Cari birincilikdə isə portuqaliyalının hesabında 18 qol var. Daha 7 qol vuracağı təqdirdə Ronaldo da Messinin rekordunu təkrarlayacaq. 
Geri dön