Ana Sayfa > Karusel / Gündəm > Bəzi marşrutların hərəkət cədvəli dəyişdirildi

Bəzi marşrutların hərəkət cədvəli dəyişdirildi


19-03-2018, 10:40. Yazar: Xeberaz


Bayram tədbirləri ilə bağlı olaraq bir sıra mərkəzi küçələrdə avtomobil sıxlığı müşahidə olunduğundan aşağıdakı istiqamətlərdə hərəkət edən bəzi marşrut avtobuslarımızın intervalında müvəqqəti ləngimələr yaranıb.
Bu barədə "BakuBus" MMC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, bu məqsədlə - Tbilisi prospekti - Şəhər istiqamətində, Akademik Şəfayət Mehtiyev küçəsi, Qara Qarayev prospekti - Özbəkistan küçəsi ilə kəsişmədən Koroğlu metroostansiyası istiqamətində, 28 may küçəsi - Puşkin küçəsi ilə kəsişmədən R.Behbudov küçəsi, A.Cəlilov küçəsi - F.Bayramov küçəsi, Bülbül prospekti - Xəqani küçəsi, Nobel prospekti - Süleyman Əhmədov küçəsi, Zərifə Əliyeva prospektində, Yusif Səfərov küçəsi - Cavanşir körpüsü istiqamətində hərəkət edən nəqliyyat vasitələri M.Mehtizadə küçəsinə yönləndirilir.

Qeyd olunan yollardakı avtomobil sıxlığı normallaşdıqdan sonra həmin istiqamətlərdə hərəkət edən avtobuslarımızın intervalı qrafikə uyğun olaraq təmin olunacaq.
Geri dön