Ana Sayfa > Karusel / İdman > Çempionlar Liqasında 1/4 finalın püşkü atılır - YENİLƏNİR

Çempionlar Liqasında 1/4 finalın püşkü atılır - YENİLƏNİR


16-03-2018, 11:22. Yazar: Xeberaz

Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılacaq.İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
 
Çempionlar Liqasının final matçının səfiri Andrey Şevçenkonun da iştirak edəcəyi püşkatma mərasimində 8 komanda rəqiblərini tanıyacaq.
 
Budəfəki püşkatmada səbətlər olmayacaq. Komandaları “kor püşk” bir-birilərinə rəqib edəcək.
 
Yarımfinal uğrunda aşağıdakı komandalar yarışacaqlar.
 
“Barselona” (İspaniya)
“Bavariya” (Almaniya)
“Yuventus” (İtaliya)
“Liverpul” (İngiltərə)
“Mançester Siti” (İngiltərə)
“Real” (İspaniya)
“Roma” (İtaliya)
“Sevilya” (İspaniya)
 
Qeyd edək ki, 1/4 finalın ilk oyunları 3-4 aprel, cavab matçları ilə 10-11 aprel tarixlərində keçiriləcək.


Geri dön