Ana Sayfa > Karusel / Dünya / M2 / Xəbəraz TV > Rumıniya rus qazından imtina edir

Rumıniya rus qazından imtina edir


21-03-2015, 13:21. Yazar: Xeberaz
Rumıniya rus qazından imtina edir
“Tələbatı daxili resurslar hesbına tam ödəyəcəyik”.

Apreldə Rumıniya Rusiyadan qaz idxalından tam şəkildə imtina edə bilər.

Xeberaz.az xəbər verir ki, bu barədə RİA Novosti Rumıniyanın Ecnomica nəşrinə istinadən məlumat yayıb.

Qəzet yazır ki, rus qazının idxalından imtina sənayenin spesifik istehlakı azaltması, həmçinin enerji effektivliyinə investisiyalar sayəsində mümkün olub.

“Rumıniya son on illiklərdə ilk dəfə olaraq, təbii qaz idxalından imtina edəcək. 2015-ci ilin apreli, həmçinin sonrakı aylarda əhalinin tələbatı daxili resurslar hesabına ödəniləcək”, - deyə, Economica yazır.

Hazırda Rumıniya ildə 10-11 mlrd. kubmetr qaz istehlak edir ki, bunun da 400 mln. kubmetri Rusiyadan alınır.
Geri dön