Ana Sayfa > Karusel / Gündəm > “Azəriqaz” əhaliyə səsləndi: Qazınız gəlmirsə...
“Azəriqaz” əhaliyə səsləndi: Qazınız gəlmirsə...15-03-2018, 16:18. Yazar: Xeberaz |
Son günlər paytaxtın Suraxanı, Xətai, Yasamal və Binəqədi rayonlarında qazın təzyiqinin azaldığı müşahidə olunub. Azəriqaz İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbəlayev açıqlamasında bildirib ki, qazın verilməsində heç bir məhdudiyyət olmayıb, əksinə, təbii qaza tələbat çoxaldıqca onun verilişi də artıb: “Yazın gəlişinə sayılı günlər qalmasına baxmayaraq, ölkə ərazisində son iki gündə havanın soyuması müşahidə olunur. Martın 13-də 29 milyon 75 min kubmetr təbii qaz sərfiyyatı olub, dünən isə bu rəqəm 31 milyon 306 min kubmetrə çatıb. Yəni 2 milyon 231 mindən artıq təbii qaz sərf olunub”. İbrahim Kərbəlayev onu da qeyd edib ki, problemlərlə əlaqədar olaraq əhali “Azəriqaz”ın çağrı mərkəzinə müraciət etsinlər: “Hər hansı problem yaranarsa, çağrı mərkəzinə zəng edib, ünvanlarını qeydiyyata salsınlar. Bundan sonra əməkdaşlarımız operativ şəkildə problemi ortadan qaldırmağa çalışacaq”. Geri dön |