Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda 10 yaşlı uşaq 13 yaşlı qardaşını güllələdi

Azərbaycanda 10 yaşlı uşaq 13 yaşlı qardaşını güllələdi


14-03-2018, 13:03. Yazar: Xeberaz


Xaçmaz rayonunda 10 yaşlı E.Şıxıyev tüfənglə ehtiyatsız davrandığından açılmış atəşlə qardaşına xəsarət yetirib.
Hadisə martın 13-də Xaçmaz rayonunun İlxıcı kəndində baş verib.
Kənd sakini, 10 yaşlı Emil Şıxıyev yaşadığı evdə tüfənglə ehtiyatsız davrandığından açılmış atəşlə qardaşı, 13 yaşlı Rəvanın bud nahiyəsinə xəsarət yetirib.
Xəstəxanaya yerləşdirilmiş yaralının vəziyyəti qənaətbəxşdir.
Xaçmaz RPŞ-nin əməkdaşalrı tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan "TOZ-20" markalı ov tüfəngi və giliz götürülüb.
----------
11:11
Xaçmaz rayonunda 10 yaşlı uşaq ehtiyatsızlıqdan 13 yaşlı qardaşını güllələyib.
Nəzarətsiz qalan 10 yaşlı oğlan ehtiyatsızlıqdan o tüfəngi ilə qardaşını vurub.
Azyaşlı dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, uşağın vəziyyəti yaxşıdır.
Fakt bağlı araşdırma aparılır.(apa)
Geri dön