Ana Sayfa > Karusel / Hadisə / Dünya > Nepalda təyyarə qəzasında 8 nəfər ölüb, 66 nəfərin aqibəti hələlik məlum deyil

Nepalda təyyarə qəzasında 8 nəfər ölüb, 66 nəfərin aqibəti hələlik məlum deyil


12-03-2018, 15:18. Yazar: Xeberaz
nepalda teyyare qezasinda 8 nefer olub 66 neferin aqibeti helelik melum deyil yenilenib
Banqladeşə məxsus təyyarənin Nepalda qəzaya uğraması nəticəsində 8 nəfər ölüb.
  
APA-nın TİA agentliyinə istinadən verdiyi xəbərə görə, müxtəlif xəsarətlər almış 17 nəfər isə xəstəxanaya yerləşdirilib.
 
Təyyarədə olan 37 kişi, 27 qadın və 2 uşağın aqibəti hələlik məlum deyil.
Nepalda sərnişin təyyarəsi qəzaya düşüb.
 
Banqladeşin US-Bangla şirkətinə məxsus təyyarə Katmandu şəhərinin Tribhuvan adına beynəlxalq hava limanının yaxınlığında qəzaya uğrayıb.S2-AGU nömrəli təyyarə eniş edərkən enmə zolağına deyil, yaxınlıqdakı futbol meydançasına düşüb.
 
Nəticədə təyyarə yanmağa başlayıb.
 
Təyyarədə 70-ə yaxın sərnişinin olduğu bildirilir.
 
Ölən və yaralananların olduğu ehtimal edilir.
 
Turizm Nazirliyinin katibi Sureş Açarya bildirib ki, təyyarədə olan 67 nəfərdən 17-si xilas edilib və xəstəxanaya yerləşdirilib.
 
Onlardan 4-ü ekipaj üzvüdür.
 
Qəza ilə bağlı Katmandunun Tribhuvan adına beynəlxalq hava limanından bütün uçuşlar dayandırılıb.
 
İlkin məlumata görə, qəzaya texniki nasazlıq səbəb olub.
 
Hadisə yerində xilasedici qüvvələr işləyir.



Geri dön