Ana Sayfa > Karusel / Gündəm > Mikayıl Cabbarov Fazil Məmmədovun işdən azad etdiyi şəxsə vəzifə verib

Mikayıl Cabbarov Fazil Məmmədovun işdən azad etdiyi şəxsə vəzifə verib


12-03-2018, 15:13. Yazar: Xeberaz


Vergilər Nazirliyində yeni təyinat olub. 
NAazir Mikayıl Cabbarov Manaf Bayramovu özünə yeni müşavir təyin edib. 
O, vaxtilə Bakı Vergi Departamentinin rəisi olub. III dərəcəli vergi xidməti müşaviri 2005-ci ilin noyabrında keçmiş vergilər naziri Fazil Məmmədovun əmri ilə vəzifəsindən azad edilib. Həmin vaxt nazirlik M.Bayramovun işdən çıxarılmasına səbəb kimi onun nizam-intizam qaydalarını pozmasını, həmçinin 2005-ci ilin sentyabr-oktyabr ayları ərzində vergi daxilolmaları üzrə proqnozu yerinə yetirə bilməməsini göstərib. O, 2008-ci ildən ötən ilin sonuna qədər iqtisadiyyat naziri Şahin Mustafayevin müşaviri vəzifəsində çalışıb.(report)


Geri dön