Ana Sayfa > Karusel / Hadisə > Bakı sakini qadını şəkilləri ilə şantaj etdi, 12 min manatını əlindən aldı

Bakı sakini qadını şəkilləri ilə şantaj etdi, 12 min manatını əlindən aldı


12-03-2018, 14:49. Yazar: Xeberaz


Paytaxt sakini olan qadından şantaj etməklə 5140 manat və 4000 ABŞ dolları almaqda şübhəli bilinən Miryusif Məmmədov saxlanılıb.
DİN-dən verilən məlumata görə, martın 9-da Bakı şəhər sakini A.N (qadın) Qaradağ RPİ 10-cu PB-yə ərizə ilə müraciət edib.
O, 2017-ci ilin mart ayından bu il mart ayının 9-dək olan müddətdə tanışı Miryusif Məmmədovun onun şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib 5140 manat və 4000 ABŞ dollarını aldığını bildirib.
Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədov saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanıb.



Geri dön