Ana Sayfa > Karusel / Gündəm > Bayılda vəziyyət necədir?

Bayılda vəziyyət necədir?


12-03-2018, 12:16. Yazar: Xeberaz


Bayıl sürüşmə sahəsində mövcud vəziyyət açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov APA-ya deyib ki, sürüşmə sahəsində ciddi aktivlik müşahidə olunmur.
 
Dəstə rəisi qeyd edib ki, sürüşmə sahəsindəki çatlarda, ərazidə quraşdırılmış mayaklarda hər hansı dəyişiklik baş verməyib: “Sürüşmə sahəsində hazırda aktivlik müşahidə olunmur. Yağışlar gecədən yağmağa başlayıb. Sürüşmənin aktivləşməsi üçün yağıntılar müəyyən qatlara çatmalıdır”.



Geri dön