Ana Sayfa > Karusel / Hadisə > Sabahın Havası

Sabahın Havası


11-03-2018, 17:24. Yazar: Xeberaz
Sabah hava belə olacaq
Ölkə ərazisində martın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı, gündüz yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-9° isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağış, axşam dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəyrayonlarında səhər və gündüz bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi gündüz ayrı -ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 2-7° isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında səhər və gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi gündüz ayrı -ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.
BalakənZaqatala, Qax, Şəki, OğuzQəbələ, İsmayıllı, AğsuŞamaxıSiyəzənŞabranXızı, Quba, XaçmazQusar rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 0-4° isti təşkil edəcək.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, GöyçayAğdaşKürdəmir, İmişli, AğcabədiBeyləqanSabirabad, Biləsuvar, SaatlıŞirvan, Hacıqabul, SalyanNeftçalarayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 7-12° isti olacaq.
MasallıYardımlıLerikLənkəranAstararayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Dağlarda duman olacaq. Gündüz mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-11° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-7° isti təşkil edəcək.

Geri dön