Ana Sayfa > Karusel / Gündəm > Daxili Qoşunların hərbi qulluqçuları təltif olundu - SİYAHI
Daxili Qoşunların hərbi qulluqçuları təltif olundu - SİYAHI9-03-2018, 19:11. Yazar: Xeberaz |
Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının 26-cı ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiklərinə, döyüş zamanı igidlik göstərdiklərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə aşağıdakı hərbi qulluqçular təltif edilsinlər: “İgidliyə görə” medalı ilə Qasımov Yusif Telman oğlu – leytenant (ölümündən sonra) Abutalıbov Vüqar Elman oğlu – əsgər (ölümündən sonra) “Hərbi xidmətlərə görə” medalı ilə Məmmədov Asəf İsgəndər oğlu – polkovnik-leytenant Bəxtiyarov Dilqəm Xurşud oğlu – polkovnik-leytenant Qasımov Yunis Nizami oğlu – polkovnik-leytenant Kazımov Bəhruz Cahangir oğlu – polkovnik-leytenant Ağacanov Əjdər Məclum oğlu – tibb xidməti polkovnik-leytenantı Mustafayev Azər Nizami oğlu – mayor Atakişiyev Kamran Şacəddin oğlu – mayor Orucov Anar Bəxtiyar oğlu – mayor Rüstəmov Emil Eldar oğlu – mayor Tarışov Elnur Aydın oğlu – mayor Mehdiyev Yusif Nağı oğlu – mayor Nəhmədov Akif Feyzulla oğlu – mayor Şahrəliyev Fizuli Zahid oğlu – kapitan Mahmudov Anar Zahid oğlu – baş leytenant Geri dön |