Ana Sayfa > Karusel / Siyasət / Dünya > Tramp Şimali Koreya lideri ilə görüşəcək?

Tramp Şimali Koreya lideri ilə görüşəcək?


9-03-2018, 11:30. Yazar: Xeberaz
Tramp Şimali Koreya lideri ilə görüşəcək?
ABŞ Prezidenti Tramp Şimali Koreya Lideri Kim Çen In ilə may ayında görüşməyi qəbul edib.
Bunu Cənubi Koreya MilliTəhlükəsizlik Müşaviri Çunq Eui-Yonq ABŞ rəsmiləri ilə görüşünün ardından Ağ Evdə mətbuata açıqlamasında deyib.
Şimali Koreya lideri Kimin Trampa göndərdiyi və içərisində ABŞ Prezidenti ilə ən qısa müddətdə görüşmək istəyinin yer aldığı məktubdan bəhs edən Çunq bildirib ki, "Tramp möhkəm bir şəkildə (Koreya Yarımadasının) nüvədən təmizlənməsi məqsədinə çatmaq üçün may ayında Kim Çen ilə görüşəcəyini deyib".
Çunq Trampın Şimali Koreya cəbhəsi tərəfindən bildirilən görüş təklifini qısa müddətə qəbul etdiyini açıqlayıb.

Geri dön