Ana Sayfa > Karusel / İdman > Çempionlar Liqasında yeni rekord

Çempionlar Liqasında yeni rekord


9-03-2018, 11:29. Yazar: Xeberaz


“Mançester Siti” Çempionlar Liqasında yeni rekorda imza atıb.
“Şəhərlilər” bir oyundakı ötürmələrin sayına görə rekord göstərici ilə yadda qalıb.

Xosep Qvardiolanın komandası ÇL-in 1/8 final mərhələsinin “Bazel”lə cavab oyununda 978 ötürmə edib ki, bu da turnirdə yeni göstəricidir.

Qeyd edək ki,  “Mançester Siti” martın 4-də İngiltərə Premyer Liqasının 29-cu turunda “Çelsi” ilə oyunda da 902 ötürmə ilə ölkə çempionatında yeni rekord müəyyənləşdirmişdi.
Geri dön