Ana Sayfa > Karusel / İdman / M2 / Fotogalereya > Millimiz mövqeyini qorudu (FOTO)

Millimiz mövqeyini qorudu (FOTO)


6-07-2015, 14:49. Yazar: Xeberaz
Millimiz mövqeyini qorudu (FOTO)
Rəqibimiz Slovakiya bizdən aşağıdadır
Futzal üzrə milli komandaların yeni reytinq siyahısı açıqlanıb.

ANS PRESS-in məlumatına görə aktivində 1354 xal olan komandamız 14-cü pillədəki yerini qoruyub. "Avro-2016"nın pley-off mərhələsində qarşılaşacağımız rəqibimiz Slovakiya millisi 1219 xalla 23-cü pillədə qərarlaşıb.

Slovakiya ilə duelimizin hesabı 1:1-di. 1995-ci ilin oktyabrında baş tutan görüşdə rəqibimiz 2:0 hesabı ilə qalib gəlmişdi. AVRO-2014-ün seçmə mərhələsində keçirilən qarşılaşma komandamızın 2:1 hesablı üstünlüyü ilə başa çatmışdı.

Millimizin "DÇ-2016"nın seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya 1340 xalla 15-ci, Belarus isə 1230 xalla 22-ci olub.

Siyahıya 1922 xalla İspaniya başçılıq edir. Braziliya ikinci, Rusiya isə üçüncü pillədə qərarlaşıb.


Futzal üzrə milli komandaların dünya reytinqi

Geri dön