Ana Sayfa > Karusel / Hadisə > Sumqayıt sakini mənzilində ölü tapıldı

Sumqayıt sakini mənzilində ölü tapıldı


8-03-2018, 10:38. Yazar: Xeberaz


Sumqayıt şəhərində yerli sakin öz mənzilində ölmüş vəziyyətdə tapılıb.
Bu haqda Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1979-cı il təvəllüdlü Ağamaliyev Nizami Yaşar oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər.
 
Geri dön