Ana Sayfa > Karusel / Gündəm / Hadisə > 81 yaşlı kişi 13 yaşlı qıza təcavüz etdi-Bakıda

81 yaşlı kişi 13 yaşlı qıza təcavüz etdi-Bakıda


6-03-2018, 14:25. Yazar: Xeberaz

Paytaxtın Binəqədi rayonunda 13 yaşlı qız təcavüzə uğrayıb.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Hadisə martın 5-də, saat 16:00 radələrində Stroy Detal küçəsində baş verib.
1937-ci il təvəllüdlü K.Hacıyev köməksiz qaldığını göstərərək 13 yaşlı qızdan ona yolu göstərməyi xahiş edib. Lakin qız Hacıyevə kömək etmək istəyəndə 81 yaşlı kişi onu tutaraq qucaqlamağa və öpməyə başlayıb.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153-cü (Əxlaqsız hərəkətlər) maddəsi ilə cinayət işi başlanıb.
(oxu.az)
Geri dön