Ana Sayfa > Karusel / İdman > İnyesta 1 ay oynamayacaq

İnyesta 1 ay oynamayacaq


5-03-2018, 12:33. Yazar: Xeberaz

İspaniya La Liqasının 27-ci turunda "Atletiko" üzərində minimal hesablı qələbə qazanan "Barselona" ciddi itki ilə üzləşib.

Kataloniyalıların yarımmüdafiəçisi Andres İnyesta sıradan çıxıb. Omba nahiyyəsindən zədələnən futbolçunun bir aya yaxın yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib. Bu isə o deməkdir ki, İnyesta martın 14-də "Çelsi" ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçını, eyni zamanda millisinin Almaniya (23 mart) və Argentina (27 mart) ilə keçirəcəyi yoldaşlıq oyunlarını buraxacaq.

Qeyd edək ki, "Atletiko" ilə oyunun 36-cı dəqiqəsində zədələnən İnyestanı Andre Qomes əvəzləmişdi.
Sponsor-@sevimli.magazam (saat mağazası)
Geri dön