Ana Sayfa > Karusel / Gündəm > Metroda problem tam aradan qaldırıldı-Nəsimi Paşayev

Metroda problem tam aradan qaldırıldı-Nəsimi Paşayev


5-03-2018, 11:48. Yazar: Xeberaz

Bakıda metro stansiyalarında yaranan sıxlıq aradan qaldırılıb.
Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, interval saat 9:45-də bərpa olunub:
"Hazırda intervalda gecikmə yoxdur, stansiyalarda sərnişin sıxlığı aradan qaldırılıb".
Xatırladaq ki, bu gün səhər saat 08:15 radələrində metronun "Nəriman Nərimanov" stansiyasında işarəvermə avadanlığında baş vermiş texniki nasazlıq səbəbindən qatarların hərəkət intervalında gecikmə baş verib, nəticədə stansiyalarda sərnişin sıxlığı yaranıb.
Sponsor-@sevimli.magazam (saat mağazası)


Geri dön