Ana Sayfa > Karusel / Hadisə > Şabranda meyiti tapılan gəncin öldürüldüyü məlum olub

Şabranda meyiti tapılan gəncin öldürüldüyü məlum olub


5-03-2018, 11:46. Yazar: Xeberaz


Şabranda meyiti tapılan şəxsin öldürüldülüb.
 
Martın 3-də Şabran rayonu, Xəlifələr kəndi yaxınlığındakı dağlıq ərazidə meyiti tapılan, 2000-ci il təvəllüdlü Elton Siyasət oğlu Əzimovun üzərində zorakılıq əlamətləri aşkar edilib. Qətlin hansı şəraitdə və kimin tərəfindən törədildiyi hələlik məlum deyil.
 
Faktla bağlı Şabran rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
 
Qeyd edək ki, E. Əzimov fevral ayının 26-dan itkin düşən şəxs kimi qeydiyyatda olub.
Sponsor-@sevimli.magazam (saat mağazası)



Geri dön