Ana Sayfa > Karusel / Siyasət > Mübarəkdən şok etiraflar: Bunu Amerika etdi

Mübarəkdən şok etiraflar: Bunu Amerika etdi


4-03-2018, 13:49. Yazar: Xeberaz


Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin gizli səs yazısı yayılıb.
Feysbukda yerləşdirilən səs yazısında Mübarək 25 yanvar 2011-ci ildə ölkədə baş tutan çevrilişin ABŞ tərəfindən planlandığını bildirib.
"Amerikalılar yanvar çevrilişi üçün 2005-ci ildən çalışırdılar. Mən bunu hiss edirdim. Buna görə də 2010-cu ilin sentyabrında bir iclasda amerikalıların məni hədəf aldıqlarını söylədim. Çünki mən onlara baza, liman və digər imtiyazları verməkdən imtina etmişdim. Buna görə də məni hər şeydən uzaqlaşdırmaq istəyirdilər. Mən onlara 2011-ci ildə hakimiyyətdən gedəcəyimi və prezidentliyi oğluma buraxmayacağımı dedim. Ancaq amerikalılar yalançıdırlar. Onlar Misirdə hakimiyyətin atadan oğula keçəcəyi təbliğatına başladılar və xalq onlara inandı. Xalqa cümhuriyyət olduğunu söylədim, amma heç bir faydası olmadı. Amerikanın media sistemi bizdən daha güclü idi".
Geri dön