Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 / Foto-fakt > Azərbaycanda məktəbli geyimləri bahalaşır

Azərbaycanda məktəbli geyimləri bahalaşır


6-07-2015, 13:48. Yazar: Xeberaz
Azərbaycanda məktəbli geyimləri bahalaşır
Manatın devalvasiyası ilə əlaqədar.

“Bakı Tikiş Evi”nin orta məktəb şagirdləri üçün satdığı geyimlərin qiymətlərinin bahalaşdırılması nəzərdə tutulur.

Xeberaz.az Oxu.Az- istinad xəbər verir ki, “Bakı Tikiş Evi”nin Satış şöbəsinin rəisi Etibar Əzimovun Trend-ə verdiyi məlumata görə, geyimlərin satış qiymətinin nə qədər bahalaşdırılacağı ilə bağlı qərar yaxın günlər ərzində açıqlanacaq:

“Hələlik qiymətlərin nə qədər olacağı dəqiqləşdirilməyib. Hazırda bu məsələ araşdırılır”.

BTE-dən bildirilib ki, qiymətlərin bahalaşdırılmasının əsas səbəbi isə materialların Türkiydən dollarla alınması və dolların da məzənnəsinin yüksəlməsidir.

“BTE məktəbli dünyası” Filialından isə Trend-ə bildirilib ki, Azərbaycanda dolların manata nisbətdə məzənnəsinin dəyişməsi prosesi başlayandan sonra geyimlərin qiymətlərində artıq artım müşahidə edilib.

Hazırda I-VI sinif şagırdləri üçün bir dəst geyimin qiyməti 46, VII-XI sinif şagırdləri isə 56 manatdır. Bu artımlara qədər isə I-VI sinif şagırdləri üçün bir dəst geyimin qiyməti 40, VII-XI sinif şagırdləri isə 52 manat olub.
Geri dön