Ana Sayfa > Karusel / M2 / Araşdırma > Türkiyəli kişilərlə ailə quran əcnəbi qadınlar arasında azərbaycanlılar ikincidir

Türkiyəli kişilərlə ailə quran əcnəbi qadınlar arasında azərbaycanlılar ikincidir


4-03-2018, 13:21. Yazar: Xeberaz

Ötən il Türkiyə vətəndaşları ilə evlənən azərbaycanlı qadınların sayı artıb.
Türkiyə mətbuatı yazır ki, bu barədə ölkənin Statistika Təşkilatı məlumat yayıb.
Məlumata görə, ötən il Türkiyə vətəndaşlarının əcnəbilərlə nikahlarının sayına görə, azərbaycanlı qadınlar ikinci yerdə qərarlaşıb.
Xəbəraz.Az virtualaz.org-a istinadən xəbər verir ki, Türkiyə mətbuatı diqqəti bu ölkənin vətəndaşları ilə ailə quran azərbaycanlı qadınların sayının artmasına yönəldib. Bildirilir ki, ötən il Türkiyə vətəndaşları ilə ailə quran azərbaycanlı qadınlar say baxımından siyahıda ikincidirlər.
Əgər 2016-cı ildə Türkiyə vətəndaşları ilə ailə quran suriyalı qadın və ya qızların sayı 6500 nəfər olubsa, ötən il bu rəqəm 4000 nəfər təşkil edib.
Məlumata görə, son üç ildə ümumilikdə Türkiyə vətəndaşları ilə evlənən suriyalı qadın və qızların sayı 14138 nəfər olub.
Siyahıda alman qadınları da yer alıb. Bu ölkədən olan 8 min qadın Türkiyə vətəndaşları ilə nikaha giriblər. Ümumi nəticəyə görə ikinci yerdə qərarlaşan azərbaycanlı qadın və qızların sayı 6613 nəfər təşkil edib. 2017-ci ildə hər 100 evlilikdən 4-ü əcnəbi qadınla baş tutub. 
Ötən illər Türkiyə ilə Rusiya arasında gərginliyin yaşanması evliliklərin statistikasına da təsir göstərib. 2017-ci il türklərlə evlənən rus qadınların sayı 1134 nəfər olub. Siyahıda ukraynalı qadın və ya qızlar da 1172 nəfərlə diqqət çəkib.
Rəsmi məlumata görə, son üç ildə 62 min 369 əcnəbi qadın Türkiyə vətəndaşı ilə nikaha girib.
Geri dön