Ana Sayfa > Karusel / Gündəm > Bu sahədə çalışanların maaşı artırıldı – SƏRƏNCAM

Bu sahədə çalışanların maaşı artırıldı – SƏRƏNCAM


3-03-2018, 18:29. Yazar: Xeberaz

Prezident İlham Əliyev mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.
Dövlət büdcəsindən maliyyələşdirilən mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.
Dövlət başçısının digər sərəncamı ilə kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi sahələrində çalışan işçilərin əməkhaqları 10 faiz artırılıb.
Nazirlər Kabinetinə bu sərəncamlardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Geri dön