Ana Sayfa > Karusel / Gündəm > Faktiki hava – Azərbaycana 44 sm qar yağıb

Faktiki hava – Azərbaycana 44 sm qar yağıb


2-03-2018, 12:00. Yazar: Xeberaz


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində martın 1-i axşamdan martın 2-si səhərədək hava şəraiti-qeyri sabit keçib, arabir  yağış, dağlıq ərazilərdə qar yağıb, bəzi yerlərdə intensiv olub. 
 
Şimal-qərb küləyi əsib, bəzi rayonlarda arabir güclənib.
 
Nazirlikdən  verilən məlumata görə, düşən yağıntının miqdarı Böyük Qafqazda 2-18, Kiçik Qafqazda 3-5, Naxçıvan MR-da 0-2, Qazax-Gəncə zonasında 0-3, Bakıda və Abşeron yarımadasında, Mərkəzi-Aran rayonlarında və Lənkəran-Astara zonasında 0-1 mm olub.
 
Qar örtüyünün hündürlüyü Şahdağda 44, Qırızda 21, Sarıbaşda 16, Kişçay, Xınalıqda 6, Daşkəsən, Göygöldə 5, Gədəbəydə 3, Quba, Qubanın dağlıq ərazilərində 3-21,  Xaltanda 1 sm olub.
Geri dön