Ana Sayfa > Karusel / Gündəm > Prezident İlham Əliyev yanğın baş vermiş əraziyə gəlib

Prezident İlham Əliyev yanğın baş vermiş əraziyə gəlib


2-03-2018, 11:38. Yazar: Xeberaz

Prezident İlham Əliyev bu gün səhər Xətai rayonunda yanğın baş vermiş əraziyə gəlib.
 
Dövlət başçısı Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın haqqında məlumat alıb, vəziyyətlə maraqlanıb.
 
Qeyd edək ki, bu gün Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Dispanserində yanğın baş verib. Yanğın səhər saatlarında söndürülüb.
 
Hadisə nəticəsində xeyli sayda ölən və xəsarət alan var.
Geri dön