Ana Sayfa > Karusel / Araşdırma > Keçən il Bakıda 67 mindən çox daimi iş yeri açılıb

Keçən il Bakıda 67 mindən çox daimi iş yeri açılıb


1-03-2018, 15:48. Yazar: Xeberaz


“Azərbaycan Respublikası regionlarının sosial, iqtisadi inkişafı Dövlət Proqramı” qəbul edildikdən ötən dövr ərzində bölgələrin tarazlı inkişafına və iqtisadi potensialının səmərəli istifadəsinə yönəlmiş tədbirlərin icra olunması davam etdirilib.
Bakı şəhər Statistika İdarəsindən verilən məlumata görə, regionların müxtəlif makroiqtisadi göstəricilər üzrə xüsusi çəkisi artıb, bölgələrdə sahibkarların və iş adamlarının fəaliyyəti üçün əlverişli mühit formalaşdırılaraq yeni istehsal və emal müəssisələri yaradılmış, ənənəvi məşğulluq sahələri bərpa olunaraq yeni iş yerləri açılıb.
Bakı şəhərində 2017-ci ilin IV rübündə 14713 yeni, o cümlədən 14498 daimi iş yerləri açılıb. 2017-ci ilin IV rübündə açılan iş yerləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 21,5% artıb.
2017-ci il ərzində cəmi 68714 yeni, o cümlədən 67222 daimi iş yerləri açılıb.
[email protected]
Geri dön