Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Tbilisidə faciəvi şəkildə ölən azərbaycanlı məktəblinin meyiti ailəsinə təhvil verilib

Tbilisidə faciəvi şəkildə ölən azərbaycanlı məktəblinin meyiti ailəsinə təhvil verilib


1-03-2018, 12:21. Yazar: Xeberaz


Fevralın 28-də Tbilisinin Barataşvili küçəsində binaların birindən fasad şüşəsinin düşməsi nəticəsində ölən 14 yaşlı Aslan Məmmədovun meyiti məhkəmə-tibbi müayinədən sonra ailəsinə təhvil verilib.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, A.Məmmədov 7-ci sinif şagirdi olub və Tbilisinin Poniçala qəsəbəsində valideynləri və qardaşı ilə yaşayıb. Bədbəxt hadisə nəticəsində xəsarət almış 5 uşaq xəstəxanada müalicə olunur. Onların 3-ü azərbaycanlıdır. Uşaqların bu gün evə buraxılacağı gözlənilir.
 
Hadisə ilə bağlı cinayət işi açılıb, ekspertiza aparılır. 
[email protected]


Geri dön