Ana Sayfa > Karusel / Dünya / M2 / Fotogalereya > ABŞ-da məktəbli iPhone-a görə öz anasını öldürmək istədi

ABŞ-da məktəbli iPhone-a görə öz anasını öldürmək istədi


21-03-2015, 13:01. Yazar: Xeberaz
ABŞ-da məktəbli iPhone-a görə öz anasını öldürmək istədi
Hadisə Kolorado ştatında baş verib.

ABŞ-da 12 yaşlı qız iki dəfə iPhone-dən istifadəni ona qadağan etmiş anasını öldürməyə cəhd göstərib.

Xeberaz.az Gazeta.ru-ya istinadən xəbər verir. Hadisə Bolder dairəsi, Kolorado ştatında baş verib. Əvvəlcə məktəbli anasının içkisinə ağardıcı maddə töküb. Qadın kimyəvi dadı hiss etsə də, qızının stakanı pis yuduğunu düşünüb.

İkincisi dəfə qız ağardıcı maddəni su qrafininə əlavə edib. Bu dəfə anası işdən şübhələnib.

Qız, iPhone-yə görə anasına qəsd etdiyini bildirib.
Geri dön