Ana Sayfa > Karusel / Hadisə > Qəbələdə avtomobil ağaca çırpılıb, sürücü ölüb

Qəbələdə avtomobil ağaca çırpılıb, sürücü ölüb


27-02-2018, 11:31. Yazar: Xeberaz

Qəbələ rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 
 
APA-nın yerli bürosunun xəbərinə görə, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ rayonu ərazisindən keçən hissəsində Hacısəlimov Rüstəm Xudaverdi oğlunun idarə etdiyi “BMW” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
[email protected]



Geri dön