Ana Sayfa > Karusel / Gündəm > “Sahil” nə vaxt açılacaq? - Tarix açıqlandı

“Sahil” nə vaxt açılacaq? - Tarix açıqlandı


27-02-2018, 11:28. Yazar: Xeberaz


2017-ci ilin avqust ayından təmirə dayandırılan metronun "Sahil” stansiyası bu il iyulun 1-də təhvil veriləcək.

Bu barədə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, hazırda eskalatorların quraşdırılması davam etdirilir:

"Yaxın vaxtlarda Almaniyanın "ThyssenKrupp Fahrtreppe" şirkətinin "Viktoriya" tipli eskalatorlarının dördünün də quraşdırılması başa çatdırılacaq. Eyni zamanda, stansiyada korroziyaya məruz qalmış avadanlıqlar dəyişdirilir. Qatar yolunun bir hissəsində tavandakı işlər tamamlanıb, divardakı örtüklər quraşdırılır”.

"Sahil” stansiyası təhvil verildikdən sonra "Xətai” stansiyasında yenidənqurma işlərinə start veriləcəyi barədə xəbərərə gəldikdə, N.Paşayev bu barədə məlumatlı olmadığını söyləyib.

N.Paşayevin sözlərinə görə, "Sahil” stansiyasının sərnişin tutumu qışda pik saatlarda 32 min, yayda isə 25-27 min nəfərdir.

Qeyd edək ki, hazırda qatarlar stansiyada dayanmadan hərəkət edir.
[email protected]
Geri dön