Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda kişi 36 yaşlı sevgilisini öldürüb qaçdı

Azərbaycanda kişi 36 yaşlı sevgilisini öldürüb qaçdı


25-02-2018, 13:02. Yazar: Xeberaz


Daşkəsəndə qadın qeyri-rəsmi nikahda yaşadığı şəxs tərəfindən qətlə yetirilib.
 
Hadisə rayonun Əhmədli kəndində baş verib.
 
Kənd sakini 1982-cü il təvəllüdlü Abbasova Mahizər Məhəmməd qızı qeyri-rəsmi nikahda yaşadığı 1978-ci il təvəllüdlü Bəşirov Qorxmaz Şəmil oğlu tərəfindən başına küt alətlə vurularaq qətlə yetirilib. Qətli törədən şəxs hadisə yerindən qaçıb. Hazırda onun saxlanılması istiqamətində tədbirlər görülür.
 
Məlumata görə, M. Abbasova bir neçə il əvvəl rəsmi nikahda olduğu həyat yoldaşından boşanıb, bir oğlu və bir qızı var. Oğlu orta məktəbin 9-cu sinfində oxuyur, qızı iiə ailəlidir, bir övladı var.
 
Fakt bağlı Daşkəsən rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. 




Geri dön