Ana Sayfa > Karusel / Siyasət > Tacikistan Prezidenti Azərbaycana rəsmi səfər edəcək

Tacikistan Prezidenti Azərbaycana rəsmi səfər edəcək


24-02-2018, 19:07. Yazar: Xeberaz

Tacikistan Prezidenti Emomali Rahmon Azərbaycana rəsmi səfər edəcək.
Bunu Tacikistanın Azərbaycandakı səfiri Rustam Soli Bakıda Tacikistan Silahlı Qüvvələrinin yaranmasının 25-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.
Səfir qeyd edib ki, E.Rahmonun bu il Azərbaycana səfər edəcəyi gözlənilir:
"Hazırda dövlət başçısının səfərinə hazırlıq işləri gedir. Bu səfər Azərbaycan-Tacikistan münasibətlərində yeni səhifə açacaq".
Bununla belə, diplomat səfərin dəqiq tarixini açıqlamayıb.
Geri dön