Ana Sayfa > Karusel / Gündəm / Dünya > Somalidə partlayışlar nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb

Somalidə partlayışlar nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb


24-02-2018, 11:06. Yazar: Xeberaz


Somalinin paytaxtı Moqadişoda iki partlayış nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.
 
Ölənlərin sayının artacağı istisna edilmir.
Polis partlayışlardan sonra baş verən atışma zamanı 5 silahlının məhv edildiyini bildirib.
 
Terror aktına məsuliyyəti “Əş-Şəbab” terror qruplaşması öz üzərinə götürüb.
 
Qeyd edək ki, “Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.



Geri dön