Ana Sayfa > Karusel / Dünya / M2 / Xəbəraz TV / Fotogalereya > 88 yaşlı Fidel Kastro pendir istehsalçıları ilə görüşdü (VİDEO)
88 yaşlı Fidel Kastro pendir istehsalçıları ilə görüşdü (VİDEO)5-07-2015, 22:07. Yazar: Xeberaz |
Kubanın keçmiş rəhbəri son aylar ərzində ilk dəfə ictimaiyyəti qarşısına çıxıb. Kubanın keçmiş rəhbəri Fidel Kastro son aylar ərzində ilk dəfə ictimaiyyəti qarşısına çıxıb. ANS TV-nin məlumatına görə, Kuba dövlət televiziyası 88 yaşlı Fidel Kastronun paytaxt Havana yaxınlığında yerli pendir istehsalçıları ilə görüşünün görüntülərini yayımlayıb. Verilən məlumatlara görə, Kastronun 20-ə yaxın mütəxəssislə görüşü 4 saatdan çox davam edib. 1959-cu ildə inqilab nəticəsində hakimiyyətə gəlmiş Fidel Kastro 2008-cı ildə səhhətilə əlaqədar hakimiyyəti qardaşı Raul Kastroya təhvil vermişdi. O zamandan bəri ictimaiyyət arasında nadir hallarda görünən Kastronun hətta öldüyü barədə məlumatlar da yayılırdı. Geri dön |