Ana Sayfa > Karusel / Hadisə > Tovuzda evdə baş verən yanğın nəticəsində ər-arvad ölüb

Tovuzda evdə baş verən yanğın nəticəsində ər-arvad ölüb


24-02-2018, 10:53. Yazar: Xeberaz



Tovuz rayonunda baş verən yanğında iki nəfər ölüb. 

Hadisə rayonun mərkəzində yerləşən Mərdan Musayev küçəsindəki fərdi yaşayış evlərindən birində qeydə alınıb.
***
Hadisə nəticəsində dünyasını dəyişənlər 1950-ci il təvəllüdlü Mirzəyeva Pakizə Şəmsəd qızı və onun həyat yoldaşı Fərman Məmmədovdur.
Yanğın nəticəsində onların övladı da xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.  


Geri dön