Ana Sayfa > Karusel / Dünya / M2 / Foto-fakt > Pakistan - Əfqanıstan sərhədi yaxınlığında terrorçularla atışma zamanı 4 əsgər və 12 silahlı ölüb

Pakistan - Əfqanıstan sərhədi yaxınlığında terrorçularla atışma zamanı 4 əsgər və 12 silahlı ölüb


5-07-2015, 22:01. Yazar: Xeberaz
Pakistan - Əfqanıstan sərhədi yaxınlığında terrorçularla atışma zamanı 4 əsgər və 12 silahlı ölüb
Pakistan daha 4 əsgər itirdi
Pakistan - Əfqanıstan sərhədi yaxınlığında terrorçularla atışma olub.
Xeberaz.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, Pakistan Müdafiə Nazirliyindən bildirilib ki, qaçan terrorçulardan da 3-ü məhv edilib.

Atışma Şimali Vəziristanın Dattakel bölgəsində yarı-muxtar qəbilə regionunda bar verib. Burada hazırda Pakistan ordusu hərbi əməliyyatlar keçirilməkdədir.

Bu gün səhər saatlarında isə həmin ərazidə bomba partlayışı nəticəsində üç əsgər ölmüş, 6 nəfər isə yaralanmışdı. Rəsmilərin sözlərinə görə, Rağzay kəndindəki hücum hərbi konvoyu hədəf alıb.

Pakistan ordusu bildirib ki, bir ildir Vəziristan və ətraf bölgələrdə davam edən kampaniya nəticəsində 3 mindən çox terrorçu öldürülüb. Pakistanın itkiləri isə 350 nəfər olub.


Geri dön