Ana Sayfa > Karusel / Gündəm / M2 > Avropa Oyunlarının biletləri artıq satışda

Avropa Oyunlarının biletləri artıq satışda


21-03-2015, 13:00. Yazar: Xeberaz
Avropa Oyunlarının biletləri artıq satışda
Biletləri yarışın rəsmi saytından almaq olar.

İyunun 12-dən 28-dək Bakıda keçiriləcək birinci Avropa Oyunları-2015-in biletləri artıq satışdadır.

Xeberaz.az Oxu.Az-a xəbər verir ki, yaşlılar üçün biletlərin qiyməti 2-5 manatdır.

Qiymətlər yarışın mərhələsi, keçirilmə yeri və tamaşaçı yerinin kateqoriyasından asılıdır.

Uşaqlar və 16 yaşdan kiçik yeniyetmələr üçün giriş sərbəst olacaq. Lakin bu zaman onların yanında yaşı 18-dən çox, üzərində şəxsiyyət vəsiqəsi və bileti olan şəxsin olması lazımdır.

Yeganə istisna Heydər Əliyev adına İdman-konsert kompleksi və Milli Gimnastika Arenasında yarışlar olacaq - 16 yaşı tamam olmayanlar biletə görə 1 manat ödəyəcəklər.

Açılış mərasiminə biletlərin qiyməti 20 manat, bağlanış mərasimi isə 10 manat təşkil edir.

Biletləri Avropa Oyunlarının baku2015.com rəsmi saytından almaq olar.

F.H.
Geri dön