Ana Sayfa > Karusel / Dünya > Ərəblər əylənməyə qərar verdi: Milyardlar xərclənəcək

Ərəblər əylənməyə qərar verdi: Milyardlar xərclənəcək


23-02-2018, 13:15. Yazar: Xeberaz


Səudiyyə Ərəbistanı iqtisadi və sosial islahatlar çərçivəsində 10 il ərzində əyləncə sektoruna 64 milyard dollar investisiya yatırmağa hazırlaşır. 
Bu məqsədlə yaxın zamanlarda ölkədə konsert və əyləncəli tədbirlər təşkil ediləcək.
Əyləncə İşləri Agentliyinin sədri Əhməd bin Əqəl əl-Xatib bildirib ki, investisiyaların maliyyələşdirilməsi həm dövlət, həm də özəl sektor tərəfindən təmin olunacaq.
Qeyd edək ki, ərəblər 2018-ci ildə 56 şəhərdə 5000-dən çox tədbir planlaşdırırlar:
“Biz artıq infrastrukturu qururuq, 2020-ci ildə böyük dəyişikliyə şahidlik edəcəksiniz”. 
O da məlum olub ki, Səudiyyədə ilk dəfə opera binası inşa ediləcək:
“Artıq binanın təməlatması baş tutub. Tədbirlərin keçirilməsi üçün infrastrukturun yaradılmasında 500 şirkət iştirak edəcək”. 
Bu arada, gələn ay 35 illik qadağadan sonra ölkədə ilk kinoteatrlar açılacaq.
(oxu.az)
Geri dön