Ana Sayfa > Karusel / Şou-Biznes / Xəbəraz TV > “Deyirlər ki, sən danışma, oxu” - Elnarə

“Deyirlər ki, sən danışma, oxu” - Elnarə


23-02-2018, 13:00. Yazar: Xeberaz

“Deyirlər ki, sən danışma, oxu” -  Elnarə
“Mənə deyirlər ki, sən danışma, ancaq oxu”. 

Xəbəraz.Az-ın məlumatına görə, bu sözləri “APA TV”-nin “Show time” verilişində qonaq olan əməkdar artist Elnarə Abdullayeva deyib. 

O bildirib ki, bir çoxları onun danışıq qabiliyyətini bəyənmir: 

“Kənddən gəlmişəm, orada gördüyüm kimi danışıram. Şəhərdə böyüməmişəm axı. Bu gün “Gələgəm”, “Gedəgəm” deyə bilmərəm. Elə desəm, kənddən məni tanıyanlar deyəcəklər ki, bu qız dəli olub. Bu nə danışıqdı? Bu cür danışığa pis baxmıram. Sadəcə mən kənddə mal, heyvan yanında böyümüşəm, bununla da fəxr edirəm. 

Pis danışıram ki? Danışanda kimsə pis yola düşür? Daha danışığımı dəyişən deyiləm. Dəyişsəm, zülm çəkərəm”.

Geri dön