Ana Sayfa > Karusel / Gündəm > Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin olunub

Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin olunub


22-02-2018, 22:31. Yazar: Xeberaz


Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin olunub.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, həmin vəzifəyə müvəqqəti olaraq Hüseyn Şahmalıyev təyinat alıb. H.Şahmalıyev xəstəxananın poliklinika şöbəsinin müdiri vəzifəsində çalışıb.
 
O qeyd edib ki, Neftçilər Xəstəxanasının keçmiş baş həkimi İsmayıl Mirzəliyev səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmri ilə işdən çıxarılaraq Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Angiologiya şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.




Geri dön