Ana Sayfa > Karusel / Gündəm > Prezidentin fərdi təqaüdünün məbləği 150 manat artırılıb

Prezidentin fərdi təqaüdünün məbləği 150 manat artırılıb


22-02-2018, 22:29. Yazar: Xeberaz


Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” 2002-ci il 11 iyun tarixli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.  
 
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 2018-ci il martın 1-dən artırılaraq 1450 manat müəyyən edilib.
 
Qeyd edək ki, bu vaxtadək fərdi təqaüdün məbləği 1300 manat olub.



Geri dön