Ana Sayfa > Karusel / Şou-Biznes > Nur Yerlitaşdan atasını axtaran azərbaycanlı qıza dəstək
Nur Yerlitaşdan atasını axtaran azərbaycanlı qıza dəstək22-02-2018, 15:20. Yazar: Xeberaz |
Türkiyənin məşhur modelyeri Nur Yerlitaş Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişinə zəng edib. Aparıcı proqramına gələn və modelyerin fanatı olan Türkana sürpriz edib. Nur atasını axtaran Türkana kömək edəcəyini deyib: “Azərbaycana dəfələrlə gəldim. Oranı çox sevirəm. Məni orada sevən çox dostum var. Nə qədər xınalar etdim orada. Oradan şikayətim var, gələndə çox yemək verilər: balıqlar, paxlavalar, şirniyyatlar… Necə də qonaqpərvərsiniz... Türkanı İnstaqramdan tanıyıram. Tez-tez onunla yazışırıq. Atan haradadır onu axtarım, kömək edim. Dörd ildir anamı itirmişəm, hələ də yanıram. Xahiş edirəm, onun atasını tapın. Onu İnstaqramda izləyirəm, ana həsrəti də çəkir. İçim yanır o qıza baxanda. Atasından xahiş edirəm qayıtsın gəlsin”. Geri dön |