Ana Sayfa > Karusel / Gündəm > Sərdar Cəlaloğlu prezidentliyə namizədliyini irəli sürdü

Sərdar Cəlaloğlu prezidentliyə namizədliyini irəli sürdü


21-02-2018, 18:20. Yazar: Xeberaz

Azərbaycan Demokrat Partiyası (ADP) da aprelin 11-nə təyin olunmum növbədənkənar prezident seçkilərində iştirakla bağlı qərar verib. 
 
Partiyanın bununla bağlı qərarında bildirilir ki, ölkədəki ictimai siyasi vəziyyət, siyasi coğrafiyamızda baş verən təhlükəli proseslər, ölkənin avroatlantik məkana inteqrasiyasının vacibliyi, eləcə də demokratik prosedurların işləməsinin mövcudluğunun müstəsna əhəmiyyətini nəzərə alaraq, ADP 2007-ci ildə müəyyən etdiyi siyasi kursa uyğun olaraq belə bir  qərar verib. 
 
Partiya sədri Sərdar Cəlaloğlu namizədliyi irəli sürülüb.


Geri dön