Ana Sayfa > Karusel / Gündəm / İdman > “Sevilya “Mançester Yunayted”ə, “Şaxtyor” “Roma”ya qarşı..

“Sevilya “Mançester Yunayted”ə, “Şaxtyor” “Roma”ya qarşı..


21-02-2018, 13:25. Yazar: Xeberaz


Çempionlar Liqasında 1/8 finalın ilk görüşləri davam edir.
Bu gün daha 2 matç keçiriləcək.

“Sevilya” öz meydanında “Mançester Yunayted”i qəbul edəcək. Cütün favoriti ingilislərdir. Joze Mourinyonun komandası səfərdə sərfəli nəticə qazanmağa çalışacaq.

“Roma” isə “Şaxtyor”un qonağı olacaq. “Qarabağ”ın qrupunda “Atletiko” və “Çelsi”ni qabaqlayan İtaliya təmsilçisinin “Şaxtyor”la mübarizədən də qalib ayrılacağı proqnozlaşdırılır.


Çempionlar Liqası

1/8 final, ilk oyun

21  fevral

23:45. “Sevilya” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)

23:45. “Şaxtyor” (Ukrayna) - “Roma” (İtaliya)

Geri dön