Ana Sayfa > Karusel / Gündəm > Mir Cəlalın anadan olmasının 110 illiyinə həsr olunmuş müsabiqə elan olunub

Mir Cəlalın anadan olmasının 110 illiyinə həsr olunmuş müsabiqə elan olunub


21-02-2018, 13:03. Yazar: Xeberaz

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi XX əsr Azərbaycan ədəbiyyatının klassiki Mir Cəlalın anadan olmasının 110 illiyinə həsr olunmuş gənc ədəbiyyatşünasların əsərlərinin müsabiqəsini elan edir. 
Müsabiqəyə təqdim olunacaq məqalələrdə aşağıdakı mövzuların əhatə olunması tövsiyə olunur:
– Mir Cəlalın hekayələrinin sənətkarlığı
– XX əsr Azərbaycan hekayəsinin inkişafında Mir Cəlalın rolu
– Mir Cəlalın romanları
– Mir Cəlalın ədəbi-nəzəri görüşləri
– Mir Cəlalın publisistikası
– Mir Cəlalın xarici dillərə tərcüməsi məsələləri
– Mir Cəlal və dünya nəsri ənənələri 
Müsabiqəyə təqdim olunmuş məqalələr görkəmli mütəxəssislər tərəfindən dəyərləndiriləcək. 
Təqdim olunmuş məqalələrin kitab şəklində nəşri nəzərdə tutulur.
Məqalə qalibləri mükafatlandırılacaqlar.   Məqalənin həcmi A4 vərəqində 8-10 səhfə həçmində olmalıdır
Qeyd: Məqalələr 2 aprel 2018-ci ilə qədər elektron formada aşağıdakı ünvana göndərilməldir.
[email protected]
əlaqə nömrəsi: +994506282575 
+994502645236
Geri dön