Ana Sayfa > Karusel / Hadisə > Sumqayıtda çoxmərtəbəli binanın lifti qırıldı: 3 nəfər ağır yaralandı

Sumqayıtda çoxmərtəbəli binanın lifti qırıldı: 3 nəfər ağır yaralandı


21-02-2018, 12:21. Yazar: Xeberaz

Sumqayıt şəhərində çoxmərtəbəli binanın lifti qırılıb, 3 nəfər ağır xəsarət alıb. 
Hadisə şəhərin 47-ci məhəlləsində baş verib.
Belə ki, çoxmərtəbəli yaşayış binasında hərəkətdə olan lift qırılıb. Hadisə nəticəsində 3 nəfər - 1981-ci il təvəllüdlü Sahil Əliağa oğlu Nəcəfov, 1982-ci təvəllüdlü Oruc Faiq oğlu İsmayılov və 1995-ci il təvəllüdlü Təbriz Famil oğlu Nəcəfli ehtiyatsızlıqdan 8-ci mərtəbədən yıxılaraq ağır xəsarətlər alıblar.
Yaralılar yerli sakinlərin köməyikliyi ilə dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. 
Faktla bağlı araşdırma aparılır.(report)



Geri dön