Ana Sayfa > Karusel / Hadisə > İsrail Qəzza zolağını bombaladı

İsrail Qəzza zolağını bombaladı


18-02-2018, 12:31. Yazar: Xeberaz


İsrail Hərbi-hava Qüvvələri “HƏMAS” təşkilatının nəzarəti altında olan Qəzza zolağının cənub hissəsinə aviazərbələr endirib.
Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, aviahücum dörd İsrail əsgərinin minaya düşüb yaralanmasına cavabdır. 
Pilotlar altı hədəfə zərbələr endiriblər: İsrail ərazisinə aparan qanunsuz tunellər, “HƏMAS”a məxsus hərbi komplekslər və silah istehsalı obyektləri.
““HƏMAS” hadisə və onun nəticələrinə, Qəzza zolağında və ondan kənarda, yerin altında və üstündə bütün baş verənlərə görə məsuliyyət daşıyır”, - qurumun məlumatında qeyd olunur.
Geri dön