Ana Sayfa > Karusel / İdman / Foto-fakt > “Qarabağ”dan atmacalı paylaşım

“Qarabağ”dan atmacalı paylaşım


15-02-2018, 18:32. Yazar: Xeberaz


"Qarabağ"ın rəsmi "Feysbuk" səhifəsi Avropa Liqasının 1/16 final mərhələsində "Kopenhagen" - "Atletiko" matçı öncəsi atmacalı paylaşım edib.
Ağdam klubu ÇL-də bu mövsüm qarşılaşdığı 2 rəqibinə uğurlar arzulayıb: "Qarabağ"ımızı unutmayacaq iki rəqibimizə də uğurlar arzulayırıq".
Qeyd edək ki, "Qarabağ" ÇL-in qrup mərhələsində "Atletiko" ilə hər iki matçda heç-heçə (0:0; 1:1) edib. Ağdam klubu ÇL-in pley-off mərhələsində isə  "Kopenhagen"i səfərdə vurulan qolla (1:0; 1:2) keçərək, tarixində ilk dəfə qrup mərhələsinə düşüb.
Əlavə edək ki, "Kopenhagen" -"Atletiko" görüşü bu gecə Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.



Geri dön