Ana Sayfa > Karusel / Gündəm > Mart ayında qeyri-iş günlərinin VAXTI BİLİNDİ

Mart ayında qeyri-iş günlərinin VAXTI BİLİNDİ


15-02-2018, 18:18. Yazar: Xeberaz


Mart ayında bayramlarla əlaqədar 8 gün qeyri-iş günü olacaq.8 Mart - Qadınlar günü iş günü hesab edilmir.
 
Nazirlər Kabinetinin “2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2017-ci il 6 dekabr tarixli qərarına əsasən, 2018-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır.
 
Əmək Məcəlləsinə əsasən, 24 mart şənbə - yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyü üçün 26 mart qeyri-iş günü olacaq. Beləliklə, bu il Novruz bayramında bir həftə ardıcıl qeyri-iş günü olacaq.
 
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18 nömrəli qərarı ilə 2018-ci ilin İş vaxtı norması və İstehsalat təqvimi təsdiq edilib.
 
Qərara əsasən, beşgünlük iş həftəsində 26 mart istirahət günüdür.



Geri dön